Slimfit
  1. İQTİSADİYYAT

Gədəbəy rayonunun 9 yaşayış məntəqəsinə qaz verilib

Gədəbəy rayonunun 9 yaşayış məntəqəsinə qaz verilib
Sakura

Gədəbəy rayonunun 9 yaşayış məntəqəsinə qaz verilib

Gədəbəy rayonunun 9 yaşayış məntəqəsinə təbii qaz verilib.

Bu barədə “Report” “Azəriqaz”a istinadən xəbər verir.

Qurumdan bildirilib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz”İstehsalat Birliyi tərəfindən ölkə başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, qərb bölgəsinin, xüsusilə sərhədyanı kəndlərin təbii qazla təmin olunması istiqamətində işlər davam etdirilir: “Cari ildə də ucqar kəndlərin qazlaşdırılması məqsədi ilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq məhz Gədəbəy rayonunun Ermənistanla sərhəddə yerləşən Şınıx bölgəsi adlanan ərazisinin mərhələli şəkildə qazlaşdırılması da nəzərdə tutulub”.

Qeyd edilib ki, dağlıq relyef olduğundan texnikanın çətinliklə işlədiyi ərazilərdə, qaz borularını işçilərin əlləri ilə həmin ərazilərə daşıması, hava şəraitinin qeyri-sabit yağıntılı keçməsinə baxmayaraq, artıq görülən işlərin xeyli hissəsi tamamlanaraq yaşayış məntəqələrinin əksəriyyətində sayğac quraşdırma işləri aparılıb. 

Beləliklə, bu gün Gədəbəy rayonunun Fərzalı, Çay Rəsullu, İsalı, Göyəlli, Göyəmli, Zamanlı, Arabaçı, Bəydəmirli və Turşsu kəndlərinə təbii qaz verilib. Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Bildirilib ki, ümumilikdə 852 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 106 541 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkillib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Bundan əlavə, Gədəbəy rayonunun Şınıx bölgəsində Sonalar, Hacılar, Mormor, Cücanlı, Əyridərə, Qaravəlilər, Məmmədcəfərli, Dördlər, Qasımlı, Motudərə və rayonun Çaldaş və Səbətkeçməz kəndlərində qazlaşdırma işləri son tamamlanma mərhələsindədir. Tezliklə qeyd olunan yaşayış məntəqələrinə də təbii qazın verilişi təmin olunacaq. Bildirilib ki, Qeyd olunan bölgədə yerləşən kəndlərə təbii qazın çəkilişi əhalinin həyat şəraitinin yaxşılaşmasına və ekologiyanın qorunmasına xidmət edəcək. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR