Füzuli Musayev bu federasiyanın vitse–prezidenti seçildi
İyunun 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunda Azərbaycan Ciu–Citsu Federasiyasının idarə heyətinin iclası olub.
Axar.az xəbər verir ki, federasiyanın prezidenti Mirəli Seyidov çıxışında hüquq-mühafizə orqanları arasında idman əlaqələrinin və əməkdaşlığın yaradılması, bu orqanlarda peşə hazırlığının tərkib hissəsi olan xidməti–tətbiqi idman növlərinin inkişaf etdirilməsi və beynəlxalq miqyaslı tədbirlərdə layiqincə təmsil olunması məqsədilə müvafiq departamentin yaradılması məsələləri müzakirə edilib.
Tədbirdə FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev federasiyanın vitse–prezidenti vəzifəsinə namizədliyi təklif olunub.
Səsvermə nəticəsində F.Musayev Azərbaycan Ciu–Citsu Federasiyasının vitse–prezidenti və yeni yaradılan departamentin rəhbəri seçilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət