Dərc edildi: Baxış sayı: 407
Futbolçuları koronavirusa yoluxan klub UEFA-nın qərarına etiraz edəcək
UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilməli olan və təxirə salınan “Makkabi” (Hayfa, İsrail) – “Jelezniçar” (Bosniya və Herseqovina) oyunu ilə bağlı qərarını açıqlayıb.
Ens.az Konkret.az-a istinadən xəbər verir ki,qurum hər iki kluba məktub göndərib və matçın İsraildə gerçəkləşəcəyini bildirib. Qarşılaşma sentyabrın 12-dək baş tutmalı, tərəflər tarixi və görüşün saatını razılaşdırmalıdırlar. Bosniya və Herseqovina təmsilçisi qərara etiraz edəcəyini açıqlayıb. Klub matçın neytral meydanda olmasını istəyir. Qeyd edək ki, “Jelezniçar”ın 6 futbolçusu koronavirusa yoluxduğu üçün avqustun 27-nə planlaşdırılan oyun təxirə salınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət