Slimfit
  1. AZƏRBAYCAN

Fuad Abbasovun vəkili: “Daha bir neçə gün səbrli olun”

Fuad Abbasovun vəkili: “Daha bir neçə gün səbrli olun”
Sakura

Fuad Abbasovun vəkili: “Daha bir neçə gün səbrli olun”

“Fuad Abbasovun səhhəti normaldır. Onunla tez-tez görüşürəm. Hər şey qaydasındadır. Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları  da Fuad Abbbasovla  görüşüb səhhəti ilə maraqlanır”. 

Bunu Modern.az-a açıqlamasında Rusiyada saxlanılan azərbaycanlı jurnalist və bloger Fuad Abbasovun hüquqlarını müdafiə edən vəkil Elman Paşayev deyib.

Müvəkkili ilə mütəmadi görüşdüyünü deyən hüquq müdafiəçisi daha bir neçə gün səbrli olmağı məsləhət görüb:
“İyunun 6-da Fuad Abbasovun apellyasiya şikayətinə baxılacaq. Apellyasiyadan sonra bəlli olacaq ki, Fuad Abbasov Azərbaycana ekstradisiya oluna bilər, yoxsa yox”.

Qeyd edək ki, Rusiyanın Ximki şəhər məhkəməsinin Fuad Abbasovun deportasiyasına dair qərarından Moskva vilayət məhkəməsinə apellyasiya şikayəti verilib. 

Fuad Abbasov bu il mayın 16-da Moskva vilayətinin Ximki şəhərində miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunaraq saxlanılıb. Hazırda jurnalist Korolyovdakı xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzində tutulur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR