Slimfit
  1. DÜNYA

Fransız xalqının ermənilərə əsl münasibəti heyrət doğurur

Fransız xalqının ermənilərə əsl münasibəti heyrət doğurur
Sakura

Frankofoniya Beynəlxalq Təşkilatının 17-ci sammitinin Ermənistanda keçirilməsi hələ də suallar doğurmaqdadır

Frankofoniya Beynəlxalq Təşkilatının 17-ci sammitinin Ermənistanda keçirilməsi hələ də suallar doğurmaqdadır.

Axar.az xəbər verir ki, dünyanın 58 ölkəsini birləşdirən bu qurum fransızdilli ölkələrin əməkdaşlıq təşkilatıdır. Ermənistan isə nəinki fransızdillidir, ümumiyyətlə, Fransada güclü erməni diasporu istisna olmaqla, bu xalqları və dövlətləri bir-birinə heç bir iqtisadi-mədəni-humanitar əlaqələr bağlamır.

Əksinə, tarixi mənbələr və fransızların epik dünyagörüşündə ermənilərə qarşı neqativ münasibətin göstərildiyi məlumdur.

Məsələn, fransızların “Roland haqqında nəğmə” eposunda ermənilər “yad”, “düşmənlərin müttəfiqi” kimi qələmə verilir və Rolandla Dahi Karl (768 – 814) onlara qarşı vuruşur.

“Roland haqqında nəğmə” əsərində baş verən hadisələr Avropa tarixində həm də nisbətən fərqli formalarda öz əksini tapıb. 778-ci ildə Dahi Karl İspaniyada yaşayan müsəlmanların daxili işlərinə qarışmışdı. Kordovanın xəlifi Əbdürrəhman İspaniyanın şimalının hökmdarı İbn əl-Ərəbini hakimiyyətdən məhrum etmək istədiyi zaman Dahi Karl Ərəbiyə köməyə gəlmişdi.

Karl yürüşü nəticəsində İspaniya markası – Franklar imperiyasının böyük bir hissəsi meydana gəlir.

Saraqossanın mühasirəsi zamanı Karl ordunun arxasında qalan saksların üsyanından xəbər alır. Üsyanı yatırarkən isə saksların Pampeluna şəhərini məhv edib geri qayıdır.

Geri qayıdarkən Karlın ordusunun arxa hissəsi Pampelunanın intiqamını almaq istəyən saksların hücumuna məruz qalır. Döyüş zamanı eposda Karlın bacısının oğlu kimi qələmə verilən Roland basklar tərəfindən öldürülür.

Amma xalq baxışı çox sonralar bu hadisəni Avropada müsəlmanlarla frankların daimi qarşıdurması hadisəsi ilə birləşdirib. Buna görə də eposda Roland baskların əliylə deyil, müsəlmanların əli ilə öldürülür.

Əsərdə “ermənilər və zəncilər (aşağılamaq mənasında – red.) altıncı alaya qəbul olundu” (ССХХХI bənd), “altıncı alayda ermənilər və vəhşi uqliçlər” (ССХХХII bənd) və s. ermənilərin xristianların antipodu və nifrət hissi oyadan bütpərəst kimi təsvir olunduğunu müşahidə edirik.

Fransanın XII əsr ədəbiyyat abidəsi olan “Narbonlu Eymerinin ölümü”ndə ermənilər efiopiyalı və türklərlə “bir sırada” göstərilir.

“Maynet” poemasında ermənilər bütpərəst, kafir kimi təsvir olunur. Poemada Maynet adını götürmüş Dahi Karl Əmir Qalafrın sarayında yaşayır və onun tərəfində vuruşur. Karlın onun düşmənini qətlə yetirməsindən sonra Qalafr öz qızına ona verir. Və qız xristianlığı qəbul edir.

Bu poemada ermənilər aşağıda göstərilən bəndlərdəki kimi təsvir olunub:

Acgöz kafirlər döyüşdən qaçır/ Slavyanlar, ermənilər, Turcopoles və nubiyalılar...

Kartaxenli Anzesin poemasında Dahi Karl öz əlləri ilə ermənilərn başçısını qətlə yetirir. Sitat:

“O, ermənilərin başçısı Orknasa zərbə endirir:

Qılıncını onun bədəninə batırır”. (Tərcümə: Q.Karagezyan).

Epos, əfsanə və rəvayətlər, əlbəttə, tarixi məxəzlər deyil və tarixi fakt kimi qəbul edilmir. Ancaq əfsanə və rəvayətlərdə xalqın dünyagörüşü, təsəvvür və yanaşması əks olunur və bu, birmənalıdır. Hətta epos şifahi şəkildə yaşadığı müddətdə ora edilən yeni əlavələr və bu əlavələrin bir neçə əsr əvvəl baş verən hadisə ilə qarşılaşdırılması da xalqın baxışındakı dəyişiklikləri ifadə edir.

Bu baxımdan ermənilərin o eposa hansı dövrdə “əlavə edilməsi” önəmli deyil – ola bilsin ki, çox sonralar bu xalq “kəşf edilib”; önəmli olan yazıya köçürüldüyü ana qədər əlavə və dəyişikliklər imkanına malik olsa da, dəyişdirilməməsi, yəni fransızların təvəkküründə ermənilərin “düşmən”, “xain” obrazında yüzillərlə yaşaması və beləcə də yazıya köçürülməsidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR