Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Fransız diş həkimindən diş ağrıları haqqında bilmədiyiniz qəribə faktlar

Fransız diş həkimindən diş ağrıları haqqında bilmədiyiniz qəribə faktlar
Sakura

Fransız diş həkimindən diş ağrıları haqqında bilmədiyiniz qəribə faktlar

Dişlər qidanın çeynənməsinə xidmət edir, odur ki, onlar insanın yeni ideyaları və ya şərtləri necə qəbul etməsi və mənimsəməsi ilə sıx bağlıdır. Diş problemləri adətən baş verən situasiyaları düzgün təhlil edə bilməyən və qətiyyətsiz insanlarda özünü göstərir. Diş problemləri həm də insanın özünü çarəsiz hiss etməsi və real həyatda özünə dayaq tapa bilməməsini bildirə bilər.

Publika.az xarici mətbuata istinadən fransız diş həkimi, Mişel Kaf-fenin illərlə apardığı araşdırmaların nəticələrini təqdim edir.

Üst çənədəki səkkiz sağ diş bir insanın xarici aləmdə özünü göstərmək və ya ifadə etmək istəyi ilə əlaqələndirilir; bu dişlərdən birində problem yaranıbsa, bu, insanın xarici dünyada öz yerini tapa bilmədiyini göstərir.

Üst çənədə səkkiz sol diş insanın daxili dünyası, hissləri, duyğuları və istəklərini ifadə etmək istəyi ilə bağlıdır; bu dişlərdən birindəki problem onu göstərir ki, bu insan şəxsiyyətini ortaya qoymaqda, özünü ifadə etməkdə çətinlik çəkir.

Alt çənədəki səkkiz sağ diş dəqiqləşdirmə qabiliyyəti ilə əlaqələndirilir; bu dişlərdən birində yaranan problem insanın həyatını müəyyən bir istiqamətə yönəltməkdə və konkret qərar verməkdə çətinlik çəkdiyini göstərir.

Alt çənədə səkkiz sol diş həssaslığın təzahürü ilə əlaqələndirilir; bu dişlərdən biri ilə bağlı problem bir insanın ailəsi ilə emosional səviyyədə ziddiyyət təşkil etdiyini və problemlər yaşadığını göstərir. Yuxarıdakı əlamətlərə eyni zamanda dişlərin kələ-kötür yerləşməsi də daxildir.

Vücudunuzun sağ tərəfi atanızla münasibətinizi birbaşa əks etdirdiyindən, sağ dişlərdəki problemlər bu münasibətlərdə hələ də bir növ qarşıdurmanın olduğunu göstərir. Bu o deməkdir ki, atanıza münasibətinizi dəyişdirməlisiniz, daha böyük tolerantlıq göstərin. Sol tərəfdə yerləşən dişlər ağrayırsa, bu, onu bildirir ki, ananızla münasibətlərinizi qaydaya salmalısınız.

Bundan başqa, yuxarıdakı dörd kəsici diş valideynlərinizin yanında tutmaq istədiyiniz yeri göstərir, aşağıdakı dörd kəsici diş isə valideynlərinizin həyatınızdakı yerini göstərir. Dişlərlə istənilən problem ona işarə edir ki, artıq hərəkətlərə keçmək, öz arzularını konkretləşdirmək vaxtıdır. Hadisələri obyektiv qiymətləndirməyi öyrənin. Başqa insanların sizə kömək etməsinə icazə verin. Birinə qarşı kin saxlamaq əvəzinə istəklərinizi daha yaxşı yerinə yetirin. Gücünüzü bərpa edin və özünüzü qorumağa icazə verin.

Əgər dişlərin həssaslığından əziyyət çəkirsinizsə, diş minası tədricən silinirsə, bu onu bildirir ki, yaxınlarlarınızın sizdən istifadə etməsinə icazə verirsiniz. Bir qayda olaraq, əksər hallarda daxilən özünü tənqid edən, amma heç vaxt zahirən bunu göstərməyən insanlar ondan istifadə edilməsinə icazə verir. Belə insanlar həmişə istəyir ki, başqaları dəyişsin. Belə yanaşma sizə həmişə zərər verəcək. Odur ki, münasibətinizi dəyişdirməyə dəyər. Əgər yaxınlarlarınızın sizdən istifadə etməyə davam etməsini istəmirsənsə, onlara həqiqi, qeyd-şərtsiz sevgi hiss etdirməyə çalışın.

Dişləri qıcamaq bir qayda olaraq gecələr görünür. Bu əlamət gün ərzində özünüzə nə qədər qəzəbləndiyinizi və güclü emosional gərginlik yaşadığınızı bildirir. Ağıllı orqanizminiz sizə yuxu zamanı ayıqlıq vəziyyətində yaranmış gərginlikdən qurtulmağa kömək edir.

Ancaq bu, yalnız müvəqqəti xilas yoludur. Odur ki, sizi hər gün qəzəbləndirən və emosional stressə səbəb olan problemi həll etməyə başlamalısınız, əks halda səni dişlərini qıcamaqdan daha ciddi problemlər sizi gözləyir. Bunu etmək üçün bağışlanmağın bütün mərhələlərindən keçməlisiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR