Slimfit
  1. SİYASƏT

Fransanın yeni baş naziri Mişel Barnye Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib

Fransanın yeni baş naziri Mişel Barnye Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib
Sakura

Fransanın yeni baş naziri Mişel Barnye Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib

Fransanın yeni baş naziri təyin edilən Mişel Barnye barədə bir sıra yeni detallar məlum olub.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  2021-ci ildə keçirilən prezident seçkisində Mişel Barnye Respublikaçılar partiyasından namizədliyini irəli sürsə də, partiyadaxili səsvermənin birinci turunda uduzub və nəticədə digər namizəd Valeri Pekressi dəstəkləyib.

Prezidentliyə namizəd kimi V. Pekress isə 2021-ci ilin dekabrında əvvəl Ermənistanın paytaxtı İrəvana səfər edib, sonra isə o vaxt Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasına daxil olan Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər edib.

Bununla da İl-de-Frans əyalətinin rəhbəri Valeri Pekress açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyini nümayiş etdirmiş olub.

Valeri Pekress İrəvanda olarkən ovaxtkı prezident Armen Sarkisyan, parlamentin rəhbəri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Həmçinin məlum olub ki, onu Qarabağda olarkən senator Bruno Retaylo və Fransanın keçmiş xarici işlər naziri, keçmiş avrokomissar, hazırda ölkənin baş naziri təyin edilən Mişel Barnye müşayiət edib.

Valeri Pekress əvvəllər də ermənipərəst siyasətçi reputasiyasına malik olub. Əvvəllər müxtəlif dövlət vəzifələrində çalışan qadın siyasətçi dörd dəfə İrəvana səfər edib.

Məhz Valeri Pekressin səyləri nəticəsində, o 2020-ci ildə İl-de-Frans əyalətinin regional şurasının rəhbəri olarkən "Dağlıq Qarabağın müstəqilliyinin rəsmi tanınmasının zəruriliyi haqqında" qondarma qətnaməni qəbul edib.

Bütün yuxarıda deyilənlərdən bir daha aydın olur ki, demokratiya, qanunun aliliyi və söz azadlığının tərəfdarı olan Fransa faktiki olaraq hər zaman separatizmi dəstəkləyib və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron bu gün Mişel Barnyeni ölkənin baş naziri postuna təyin edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR