Slimfit
  1. MARAQLI

Fransalı səyyah çəlləklə Atlantik okeanının o tayına keçib

Fransalı səyyah çəlləklə Atlantik okeanının o tayına keçib
Sakura

Fransalı səyyah çəlləklə Atlantik okeanının o tayına keçib

Fransadan olan 72 yaşlı səyyah Jan-Jak Saven aprelin 27-si axşam çəlləklə Atlantik okeanının o tayına keçidini başa vurub.

"Report" "Franceinfo"ya istinadən xəbər verir ki, bunu o, AFP-yə müsahibəsində deyib.

"Mən Karib dənizi hövzəsində olduğum anlamına gələn meridianı keçdim", — deyə o bildirib.

Səyyah qeyd edib ki, o, indi bir qədər istirahət etmək, ardınca isə gəminin Fransaya geri qaytarılması məsələlərini həll etmək niyyətindədir.

Jan-Jak Saven yola ötən ilin dekabr ayında Kanar adalarından çıxıb.

Çəllək, uzunluğu 3, eni isə 2,10 metr olan silindirli konteynerdən ibarətdir. O, çoxqatlı epoksid fanerlərdən hazırlanıb və sarı rəngə boyanıb. İçərsində taxt, kiçik mətbəx, xəritə masası və naviqasiya avadanlığı var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR