Slimfit
  1. DÜNYA

Fransada yaşayan erməni jurnalist Ermənistan rəhbərliyini ifşa etdi

Fransada yaşayan erməni jurnalist Ermənistan rəhbərliyini ifşa etdi
Sakura

Fransada yaşayan erməni jurnalist Ermənistan rəhbərliyini ifşa etdi

Fransa məhkəmələrində Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış dostluq xartiyalarının ləğv edilməsi Ermənistanda və erməni lobbisində ciddi narahatlıq yaradıb.

Publika.az-ın məlumatına görə, ermənilər etiraf edirlər ki, bu, ilk növbədə Azərbaycanın beynəlxalq hüququn normalarına uyğun olaraq məsələni hüquqi müstəviyə çıxarması və bu istiqamətdə fəal iş aparmasının nəticəsidir.

Digər tərəfdən ermənilər onu da etiraf etməyə məcburdular ki, Fransada erməni lobbisi nə qədər güclü olsa belə ATƏT MQ nin həmsədri kimi Fransa neytrallıq saxlamağa məcburdur.

Həmçinin bu elə kobud beynəlxalq qanunvericilk pozuntusudur ki, heç bir, hətta müstəqil olmayan məhkəmə belə ona bəraət qazandıra bilməz.

Göründüyü kimi Azərbaycan həm hüquqi müstəvidə, həm də beynəlxalq siyasi və iqtisadi təsir imkanları vasitəsilə istənilən qeyri-qanuni, anti-Azərbaycan xarakteli addımların qarşısını almaq gücündədir. Fransa son illər ərzində Azərbaycanla siyasi və iqtisadi əlaqələrini gücləndirib və bu amil prezident Makron başda olmaqla Fransa hakimiyyətinin mövqeyinə öz təsirini göstərməyə bilməz.

Erməni əsilli Fransa politoloqu Gaids Minassian da bu həqiqətləri etiraf etməklə yanaşı, bütün baş verənlərə görə həm də Ermənistan və erməni lobbisinin məsuliyyət daşıdığını deyib. Onların fəaliyyətində dəyişiklik olmayacağı təqdirdə bu proaes davamlı xarakter daşıyacaq.

Qeyd edək ki, Minassian radikal anti-Azərbaycan və anti-türk mövqeyə malik daşnakdır.

O, Le Monde qəzetinin elektron versiyasında rəhbər işçilərdən biridir, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz üzrə ekspert qismində çıxış edir. Fransada yaşasa da, tez-tez Ermənistana gedib gəlir, aprel döyüşlərdən sonra Fransa mətbuatında Azərbaycana qarşı çirkin kampaniya təşkil edənlərdən biri olub.

Bu, bir tərəfdən konkret anti-Azərbaycan mövqeyi olan bir şəxsin nüfuzlu Le Monde qəzetində aparıcı mövqelərdən birinə sahib olduğunu və bu halın nəşrin obyektivliyinə kölgə saldığını göstərir.

Digər tərəfdən həssas məqalmlarda Le Mondenin Azərbaycana qarşı qərəzli mövqeyinin arxasında hansı məqamın durduğunu nümayiş etdirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR