Dərc edildi: Baxış sayı: 398
Fransanın ekologiya naziri Nikolya Yulo vəzifəzindən istefa verib.

AzVision.az xəbər verir ki, bu barədə Yulo “France Inter” radiosunun efirində bəyan edib. Hökuməti tərk etməsinin səbəbini isə ekoloji proqramların icrasının onu qane etməməsilə izah edib. Yulo həmçinin bildirib ki, ekoloji məqsədləri həyata keçirmək cəhdləri baxımından hökumətdə özünü “tamamilə tənha” hiss edir.
“İlk dəfədir ki, həyatımın ən çətin qərarını verirəm. Mən hökumətdən getmək qərarına gəlirəm. Mən daha yalan danışmaq istəmirəm. İllüziyalar yaratmaq istəmirəm ki, guya hökumətdə olmağım ekoloji vəzifələri yerinə yetirməyimiz anlamına gəlir.” – deyə, Yulo bildirib.
Fransalı nazir onu da əlavə edib ki, istefa qərarı barədə nə prezident Emmanuel Makrona, nə də baş nazir Eduard Filippə xəbər verməyib. Çünki hesab edir ki, əgər onları əvvəlcədən məlumatlandırsa, yəqin ki, onu fikrindən daşındırmağa çalışacaqdılar.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət