Dərc edildi: Baxış sayı: 522
Fransada məscidə hücumun səbəbi: Notr-Damın qisası
Fransanın Bayonn şəhərindəki məscidə hücum edərək iki nəfəri yaralayan şəxsin məqsədi bəlli olub.
Axar.az xəbər verir ki, bu barədə danışan şəhərin prokuroru Mark Marye hücum edən şəxsin məqsədinin Notr-Dam kilsəsində baş verən yanğının qisasını almaq olduğunu bildirib.
Qeyd edək ki, ötən gün Fransanın Bayonn kommunasında məscidə hücum edilib. Məscidi yandırmağa çalışan 84 yaşlı S.Klod adlı şəxs olub. O, məscidi yandırmağa cəhd edərkən ona mane olmaq istəyən 74 və 78 yaşlı iki nəfərə atəş açaraq onları yaralayıb və yaxınlıqdakı avtomobili yandırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət