Fransada koronavirusa yoluxanların sayı 70 mindən çoxdur
Fransada aprelin 5-də COVID-19 epidemiyasına yoluxanların sayı 70 min 478-ə çatıb. Epidemiya başlayandan indiyədək bu ölkədə 8078 nəfər ölüb. Ölüm faktlarından 5889-u xəstəxanalarda, 2189-u isə qocalar evlərində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, son 24 saat ərzində xəstəxanalarda 357 ölüm hadisəsi baş verib. İndiyədək xəstəxanalara 28 min 891 xəstə yerləşdirilib ki, onlardan 6978-i ağır vəziyyətdə reanimasiya şöbələrindədir. Reanimasiyada olan xəstələrin 35 faizi yaşı 60-dan aşağı olanlardır. Bu günədək COVID-19 virusuna yoluxan 16 min 183 xəstə sağalaraq evə buraxılıb.
Xatırladaq ki, dünyanın 183 ölkəsində koronavirusa yoluxan 1 milyon 225 mindən çox insanın 252 mindən artığı sağalıb, 66 min 542 nəfər ilə ölüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət