Dərc edildi: Baxış sayı: 462
Fransada bütün təhsil müəssisələri bağlanacaq
Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə 16 martdan etibarən Fransada bütün məktəblər, bağçalar və ali təhsil müəssisələri bağlanacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron dünən xalqa müraciətində bildirib.
Ölkə prezidenti hazırda epidemiyanın ilkin mərhələsi olduğunu, yeni virusun Avropanın hər yerində sürətlə yayılmaqda davam etdiyini bildirib. E.Makron fransızları səyahətləri məhdudlaşdırmağa, yaşı 70-dən yuxarı olan insanları evdən çölə çıxmamağa çağırıb.
Dövlət başçısı habelə insanları əl verib görüşməmək, öpüşməmək kimi yeni vərdişlərə yiyələnməyə dəvət edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət