Slimfit
  1. DÜNYA

Fransada baş nazir hökumətin səhv sosial proqnozlarını ört-basdır edir

Fransada baş nazir hökumətin səhv sosial proqnozlarını ört-basdır edir
Sakura

Fransada baş nazir hökumətin səhv sosial proqnozlarını ört-basdır edir

Fransanın baş naziri Elizabet Born vəzifəyə gəldikdən sonra 14-cü dəfə konstitusion hüququndan istifadə edərək qanun layihəsinin Milli Assambleyada (parlamentin aşağı palatası) müzakirə edilmədən qəbul edib.

Ens.az Report.az-a istinadən xəbər verir ki bu barədə Fransa parlamentinin “LCP” telekanalı məlumat yayıb.

Hökumətin məsuliyyəti ilə Fransa Konstitusiyasının 49.3-cü maddəsi çərçivəsində 2024-cü il üçün sosial təminatın maliyyələşdirilməsi haqqında qanun layihəsi qəbul edilib.

Eyni zamanda, Born parlamentarilər tərəfindən “fırıldaqçılıqla mübarizə sistemlərini təkminlləşdirmək”, “müstəqil işçilərin hüquqlarını yaxşılaşdırmaq” və “istehsalçıların lazımi səviyyədə əczaçılıq töhfələrini almasını təmin etmək” üçün təklif olunan bir neçə düzəlişi saxlamağa razılaşıb.

Çərşənbə günü günortadan sonra deputatlar 2023-cü ildə büdcə kəsirinin 8,8 milyard avro səviyyəsində qeyd olunduğu və 2023-cü il üçün tibbi sığorta xərclərinin hədəfindən bəhs edən ilk iki maddənin mətndən çıxarılmasına səs veriblər.

Müxalifət hökumətin səhiyyə sektoruna kifayət qədər maliyyə ayrılmadığını və qanun layihəsində yer alan iqtisadi proqnozları qeyri-real adlandırıb, ona görə isə 2024-cü ildə sosial sığorta büdcəsi kəsirinin 11,2 milyard avro təşkil edəcəyini bildirib.

Baş nazirin qərarına cavab olaraq, “Milli Birlik Partiyası” və “Əyilməz Fransa” partiyası yenidən ayrı-ayrılıqda hökumətə etimad səsverməsi üçün müraciətlər təqdim edəcəklərini vəd ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR