Slimfit
  1. SİYASƏT

Fransa səfiri: 'Bakı ilə Bordo arasında əlaqələri genişləndirmək istəyirik'

Fransa səfiri: 'Bakı ilə Bordo arasında əlaqələri genişləndirmək istəyirik'
Sakura

Fransa səfiri: 'Bakı ilə Bordo arasında əlaqələri genişləndirmək istəyirik'

"Bakı və Bordo 1979-cu ildə qardaşlaşmış şəhərlər oldu".

"Report" xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros bu tarixin 40 illiyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.

"Mən çox istərdim ki, Azərbaycanla Fransa arasındakı münasibətlər, həmçinin Bakı ilə Bordo arasındakı əlaqələr daha da inkişaf etsin. Bakı və Bordo çox fəal və cəlbedici şəhərlərdir", - o bildirib.

Tədbirdə iştirak edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov diqqətə çatdırıb ki, 40 il tərəfdaşlıq baxımından kifayət qədər uzun bir dövrdür: "O illərdə Bakı Sovet Azərbaycanın paytaxtı idi və qardaşlaşmış şəhərlər haqqında çox sayda saziş imzalanmışdı. Ancaq əməkdaşlıq indiyədək də bir neçə şəhərlə davam edir və Bordo ilk sıradadır".

Şəhər meri bu gün Azərbaycanın müstəqil siyasət yürütdüyünü, ölkə rəhbərliyinin əzmi və istəyi sayəsində Fransa ilə münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdığını söyləyib: "Bu baxımdan şəhərlər arasında əlaqələrin inkişafı çox vacib  komponentdir. Böyük məsafəyə baxmayaraq, Bakı və Bordonu bir çox amillər birləşdirir. Bunların sırasında hər iki şəhərin liman olması, mədəni əhəmiyyəti, şərabçılıq ənənələrinin mövcudluğudur. Bu əlaqələri inkişaf etdirmək istəyirik. Bordo meriyası da bunu dəstəkləyir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR