Dərc edildi: Baxış sayı: 437
Fransa hökuməti xarici tələbələr üçün təhsil haqqını artırıb
Fransa hökuməti xarici tələbələr üçün təhsil haqqını artırıb. Ölkədəki minlərlə xarici tələbə bakalavr səviyyəsində indiyə qədər ödədiyi 170 avro təhsil haqqı əvəzinə 2770 avro, magistr və doktorluq səviyyəsində isə 243 avro əvəzinə 3770 avro ödəməli olacaq.
İndiyədək təhsil haqqı digər ölkələrdən aşağı olduğu üçün Fransa ildə 300 min xarici tələbə qəbul edib və bu göstərici ilə dünyada dördüncü yerdə qərarlaşıb.
Mənbə: Azərtac.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət