Slimfit
  1. DÜNYA

Fransa bələdiyyə seçkilərini təxirə salır?

Fransa bələdiyyə seçkilərini təxirə salır?
Sakura

Fransa bələdiyyə seçkilərini təxirə salır?

Fransada Kovid-19 koronavirusu ilə bağlı körpələr evi, uşaq bağçaları, məktəblər, liseylər, kolleclər və universitetlər birinci gündən etibarən yeni qərara qədər fəaliyyətini dayandıracaq.

Axar.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron televiziya vasitəsilə xalqa müraciəti zamanı bildirib.

Fransa Prezidenti xalqı koronovirusun yayılmasına qarşı birgə mübarizə aparmağa səsləyib. Bəzi gigiyenik qaydaları xatırladıb və onlara riayəti tövsiyə edib.

E. Makron 70-dən yuxarı yaşı, eləcə də xroniki və tənəffüs yolları xəstəliyi olan insanları evdən çıxmamağa çağırıb. Ancaq martın 15-də olacaq bələdiyyə seçkilərində səs vermək üçün seçki məntəqələrinə getməyə heç bir mane olmadığını da bildirib.

O, ictimai nəqliyyatın xidmət göstərəcəyini qeyd edərək zərurət yaranarsa sərhədlərin bağlanacağını da diqqətə çatdırıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR