Dərc edildi: Baxış sayı: 435
MN-dəki 143 milyonluq cinayət işində adıkeçən idarə rəisi vəzifəsindən azad edildi
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi polkovnik Nəriman Cabbarov vəzifəsindən azad edilib.
Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Qeyd edək ki, Nəriman Cabbarov hazırda həbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovdan sonra bir müddət həmin vəzifəni icra edib, sonra isə nazirin əmri ilə adıçəkilən idarəyə rəis təyin olunub.
MN-dəki 143 milyonluq cinayət işində Nəriman Cabbarovun adı keçib və polkovnik məhkəmədə şahid qismində dindirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət