Slimfit
  1. AZƏRBAYCAN

Fransa Azərbaycana hava hücumundan müdafiə sistemləri satacaq

Fransa Azərbaycana hava hücumundan müdafiə sistemləri satacaq
Sakura

Fransa Azərbaycana hava hücumundan müdafiə sistemləri satacaq

Fransanın “MBDA Systems” şirkəti ilə Azərbaycan arasında ASTER 30 SAMP/T və “VL Mica” hava hücumundan müdafiə sistemlərinin alqı-satqısına dair görüşmələrin yaxın zamanlarda yekunlaşması gözlənilir.

Oxu.Az-ın “AzeriDefence” jurnalına istinadən məlumatına görə, bu barədə “MBDA Systems” şirkətinin nümayəndəsi məlumat verib.

Tərəflər arasında fikir yaxınlığının olduğunu ifadə edən şirkət nümayəndələrinin sözlərinə görə, müzakirələr 2014-cü ildən davam edir. Lakin ötən dövrdə neftin qiymətinin düşməsi və maliyyə problemlərindən dolayı prosesdə müəyyən ləngimələr yaşanıb.

“Azərbaycan tərəfi bu komplekslərin imkanları ilə tanış olublar və məmnundurlar. Fransa dövlətindən ixracat üçün icazə almışıq. Bu sistemin Azərbaycanın hava hücumlarından müdafiəsini ən mükəmməl şəkildə təmin edəcəyini düşünürük”, - deyə şirkət nümayəndələri qeyd ediblər.

Yerüstü bazalaşdırılan ASTER 30 SAMP/T kompleksi 120 km-ə qədər məsafədə hədəfləri zərərsizləşdirə bilir. Hər iki kompleks yaxın və uzaqmənzilli raketlərdən istifadə edir və yüksək sürətli hədəfləri vurma şansı 96-98 faizdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR