Dərc edildi: Baxış sayı: 356
Fransa 100 milyard avroluq iqtisadi planını açıqladı
COVID-19 pandemiyasının təsiri nəticəsində yaranmış tənəzzüldən çıxmaq üçün Fransa iqtisadi dirçəlişi təmin etmək məqsədilə 100 milyard avro yardım ayıracaq.
Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu haqda Fransanın Baş naziri Jan Kasteks Nazirlər Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
J.Kasteks bildirib ki, bu, Avropa ölkələri arasında ən böyük iqtisadi bərpa planıdır. Planın üç əsas istiqamətdə reallaşdırılacağı qeyd edilib. Belə ki, yardımın 30 milyard avrosu ekoloji keçid, 35 milyard avroluq hissəsi müəssisələrin dəstəklənməsi, 35 milyard avro isə sosial və ərazi birliyinin möhkəmləndirilməsinə ayrılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət