Fövqəladə hallar naziri Gəncədə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanvarın 25-də saat 11.00-da Gəncə şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin binasında vətəndaşların qəbulunu keçirəcək.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, qəbulda yalnız Gəncə şəhərinin, Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız nazirliyin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Vətəndaşların qeydiyyatı Gəncə Regional Mərkəzinin binasında yanvarın 24-də saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə: tel: +994 (12) 512-01-14, e-mail: info@fhn.gov.az.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət