Dərc edildi: Baxış sayı: 320
"Formula 2": Şarl Leklerin qardaşı Bakıda uğursuzluqla üzləşib
"Dams" komandasının pilotu Artur Lekler "Formula 2" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
"Report" xəbər verir ki, 23 yaşlı sürücü sərbəst yürüşü sonadək davam etdirə bilməyib.
Leklerin bolidi ikinci döngənin çıxışında fırlanandan sonra dayanıb və nəticədə qırmızı bayraq qaldırılıb.
Artur Lekler "Ferrari" pilotu Şarl Leklerin qardaşıdır.
Qeyd edək ki, bu gün, həmçinin, ikinci dərəcəli pilotların sıralama turu da gerçəkləşəcək. Əsas yarış aprelin 30-da təşkil olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət