Dərc edildi: Baxış sayı: 359
"Formula-1" yarışının Azərbaycanda daha 5 il keçirilməsi üçün danışıqlar aparılır
"Formula 1" üzrə dünya çempionatının Azərbaycanda daha 5 il keçirilməsi üçün danışıqlar gedir.
"Report" xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib.
Onun sözlərinə görə, "Formula 1" rəhbərliyi və BŞH əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
Qeyd edək ki, mövcud müqavilə 2020-ci ilə qədər nəzərdə tutulub. "Formula 1" yarışı 2015-ci ildən Azərbaycanda keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət