Slimfit
  1. AZƏRBAYCAN

“Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatına start verilib

“Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatına start verilib
Sakura

“Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatına start verilib

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2019-cu ildə keçiriləcək növbəti “Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatına başlayıb.

BŞH-nın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, sayca dördüncü dəfə baş tutacaq yarışın təşkilatçılıq işlərinə ümumilikdə 3 min könüllünün cəlb olunması planlaşdırılır. Bir sıra yeniliklərin nəzərdə tutulduğu könüllülük proqramına seçilmək üçün ən az 16 yaşında olmaq, ingilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), gərgin rejimdə işləmək bacarığı, güclü həvəs və əzmkarlıq tələb olunur. Müraciət edənlərin sayı çox olduğuna görə seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək.

Müsahibə mərhələsindən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək.

Bakı Şəhər Halqası Akademiyası könüllülərin yarışlara yüksək səviyyədə hazırlanması ilə yanaşı, onların peşəkar inkişafına da diqqət göstərir. Bilki hazırlıq prosesində könüllüləri onların daha çox fərdi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə təlimlər, bir çox fərqli mövzuda seminarlar və danışıq klubları gözləyir. Burada onlar müxtəlif sahələri əhatə edən təlimlərdə iştirak edərək, yeni məlumatlar qazana və fikir mübadiləsi apara bilərlər. Könüllülərdə komanda ruhunu artırmaq və kollektivlə işləmək bacarığını inkişaf etdirmək məqsədi ilə müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulub. Bu cür tədbirlər isə öz növbəsində sosiallıq yaradaraq onlara yeni dostlar tapmağa kömək edəcək. Bir sözlə, könüllülərin müxtəlif sahələrdə işləmək bacarıqlarının inkişaf etdirilməsi və gördükləri işdən zövq almaları bizim üçün xüsusi əhəmiyyət kəsb edir.

Tələblərə uyğun hər kəs http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçə bilər.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 26 – 28 apreldə keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR