Slimfit
  1. İDMAN

"Formula 1" pilotu Bakıda qalib olduğu Qran-prini xatırladı

"Formula 1" pilotu Bakıda qalib olduğu Qran-prini xatırladı
Sakura

"Formula 1" pilotu Bakıda qalib olduğu Qran-prini xatırladı

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "McLaren" komandasının pilotu Daniel Rikkardo İtaliya Qran-prisini 2017-ci ildə Bakıda keçirilmiş yarışa bənzədib. 

Ens.az "Report"-a istinadən xəbər verir ki, "F1only" nəşrinə açıqlama verən avstraliyalı sürücü Montsa avtodromundakı yarışın çılğınca alındığını bildirib. 

Rikkardo deyib ki, Qran-pri ona 2017-ci ildəki Bakıda yaşadığı anları xatırladıb: "Orada da həddindən artıq gərginlik və gözlənilməz hadisələr oldu. Pyer Qaslini qələbə münasibəti ilə təbrik edirəm. İlk dəfə qalib gəlməyin necə hiss olduğunu bilirəm. Bu, inanılmazdır".

İtaliya Qran-prisində 6-cı yeri tutmuş Rikkardo bunun pis nəticə olmadığını sözlərinə əlavə edib: "Belə bir şəraitdə daha çox şey edə biləcəyimi düşünmürəm. Təhlükəsizlik maşını və qırmızı bayraq bizim xeyrimizə işləmədi. Yaxşı başlanğıcdan və möhkəm tempdən sonra zamanlama uğursuz oldu. Amma bunu dəyişdirə bilmərik. Gedişatdan məmnunam, yaxşı temp yaxaladıq və artıq növbəti həftəsonunu fikirləşirik". 

Qeyd edək ki, Daniel Rikkardo 2017-ci ildə Azərbaycan Qran-prisinin qalibi olub. 

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR