'Formula 1' günlərində Bakıda 17 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək
Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran-pri yarışları ilə əlaqədar yollarda hərəkətin məhdudlaşdırıldığı günlərdə müntəzəm marşrut xətti üzrə avtobusların fasiləsiz fəaliyyəti təmin ediləcək.
Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Məlumatda deyilir ki, sərnişinlərin rahat və maneəsiz daşınması üçün Bakı şəhər halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcək.
Məlumat üçün bildiririk ki, müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər aprelin 22-dən tətbiq ediləcək və tədbir tam başa çatana qədər qüvvədə olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət