Slimfit
  1. DÜNYA

“Forbes” dünyanın ən zənginlərindən yazdı

“Forbes” dünyanın ən zənginlərindən yazdı
Sakura

“Forbes” dünyanın ən zənginlərindən yazdı

Amerikanın “Forbes” jurnalı dünya milyarderlərinin illik reytinqini dərc edib. Reytinq siyahısı bəzi şərhlərlə müşayiət olunur, məsələn, onlardan biri böyük sərvətlərin haradan gəldiyi barədədir.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,“Forbes” jurnalının yazdığına görə, “istər birbaşa investisiyalar, istər hedcinq fondları, istərsə də vençur kapitalı olsun, maliyyə sektorunda işləmək dünyanın ən varlı insanlarını bu qədər sərvət sahibi edən ən məşhur üsuldur”.

“Faktiki olaraq, təxminən hər altıncı milyarder və ya sayı 15 faizdən bir qədər çox olan varlılar pullarını maliyyə və investisiya sahəsində qazanıblar”, - məqalədə qeyd olunub.

Bundan əlavə, texnologiya da varlıların ən böyük “çörək ağaclarından” biridir. Jurnal yazır:

“Texnologiya sahəsi 342 nəfəri milyarder edib – bu rəqəm keçən illə müqayisədə 29 nəfər çoxdur ki, bu da sözügedən sahəni milyarderlər arasında ikinci ən populyar sənayeyə çevirib”.

Bu kateqoriyadakı milyarderlər arasında Ceff Bezos və Mark Zukerberq də var (jurnal İlon Maskı avtomobil sənayesinə aid edib).

“Forbes”in məlumatına görə, istehsal biznesi də 328 milyarderə ağlasığmaz sərvət qazandırıb.

"Nəhayət moda və pərakəndə satış 285 milyarderlə dördüncü yerdədir”, - jurnal yazır. Bu siyahıya dünyanın ən varlı adamı, “Christian Dior”, “Louis Vuitton” kimi lüks markaların sahibi fransız Bernard Arno rəhbərlik edir. Onun sərvətinin 210 milyard avrodan çox olduğu təxmin edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR