Dərc edildi: Baxış sayı: 719
Florian Zenqstşmid: Azərbaycanın bölgələrinə turist axını daha da artıracaq
Cari ildə Azərbaycanın bəzi ərazilərində turistlər üçün müəyyən işlər görüləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 13-də Bakıda keçirilən V Azərbaycan-Avropa İttifaqı biznes forumu çərçivəsində “Turizm” adlı panel iclasda Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.
O bildirib ki, Baskal, Şəki, Xınalıqda, həmçinin palçıq vulkanında turistlərin daha çox cəlbi üçün yayda hazırlıq işlərinə başlanılacaq. Qış aylarında isə işlər icra olunacaq. Bu, Azərbaycanın bölgələrinə turist axınını daha da artıracaq.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət