Dərc edildi: Baxış sayı: 484
Flora Kərimova 30 il sonra AzTV- də - Efir qadağasına son qoyuldu
AzTV-də Xalq artisti Flora Kərimovaya qoyulan qadağa aradan qaldırılıb.
BakuPost xəbər verir ki, Xalq artisti 30 illik qadağadan sonra ilk dəfə dövlət televiziyasında çıxış edib.
"Görüş yeri" verilişində qonaq olan Flora Kərimova uzun illər fasilədən sonra yenidən doğma məkanda olduğu üçün həyəcanlı olduğunu və AzTV-nin onun yaradıcılığında önəmli yerin olduğunu deyib.
Qeyd edək ki, Flora Kərimovaya “Lider” və “Xəzər” televiziyaları tərəfindən qoyulan qadağa hələ də qüvvədədir. Onun TV-lərə dəvət almamasına səbəb millət vəkili, Xalq artisti Zeynəb Xanlarovanı tənqid etməsi ilə əlaqədar olduğu deyilir. Bu tənqidlərə görə F.Kərimovaya efir qadağası qoyulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət