Slimfit
  1. MEDİA

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin və elmi müəssisələrinin veb-saytlarının monitorinqi aparılıb

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin və elmi müəssisələrinin veb-saytlarının monitorinqi aparılıb
Sakura

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin və elmi müəssisələrinin veb-saytlarının monitorinqi aparılıb

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığınca­ğı­nın onlayn iclasında FRTEB-in və elmi müəssisələrinin veb-saytlarının aparılan moni­to­rin­qinin nəticələri açıqlanıb.

FRTEB-in və onun elmi müəssisələrinin veb-saytlarının monitorinqi haqqında məlumat ve­rən vitse-prezidentin xidmətinin elmi katibi, dosent Hikmət Quli­yev qeyd edib ki, AMEA-da elektron elmin inkişafı və elmin informasiya təminatının yüksəldilməsi, eləcə də elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələrin səmərəliliyinin artırılması məq­sə­dilə FRTEB-in və elmi müəssisələrinin veb saytlarının monitorinqi aparılmışdır.

Bir ildən artıq müddətdə davam edən pandemiya səbəbindən fiziki fəaliyyət və təmaslarla bağlı məhdudiyyətlərin tətbiqi nəticəsində onlayn texnologiyaların rolunun əvvəlki dövrlərlə müqayisədə qat-qat artdığını qeyd edən Hikmət Quliyev belə bir şəraitdə hər bir elmi müəssisənin veb-saytının onun virtual dünyadakı “qapısı” olduğunu vurğulayıb.

Onun sözlərinə görə, qeyd olunanlarla əlaqədar Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin və elmi müəssisələrinin veb-saytlarının monitorinqi aparılıb və çatışmazlıqlar müəyyən olun­ub. Monitorinq çərçivəsində veb-saytlar dizayn, proqram təminatı, xəbərlərin dinamikası, in­for­­ma­siyanın dolğunluğu və aktuallığı daxil olmaqla bir sıra meyarlara əsa­sən təhlil edilib və qiy­mət­lən­di­ril­mə aparılıb.

H.Quliyev vurğulayıb ki, bəzi veb-saytlar Xüsusi Rabitə və İnformasiya Təhlü­kə­siz­liyi Döv­­lət Xid­­mə­ti Kompüter İnsidentlərinə Qar­­şı Müba­ri­zə Mər­kəzinin təh­lü­kə­siz­lik tələb­lə­ri­nə ca­­vab vermir, təqdim edilən məlumatların Azərbaycan dilinin norma və tələblərinə mü­va­fiqliyi, dövlət dilinin qayda və qanunlarına riayət olunması ilə bağlı bir sıra çatış­maz­lıq vardır.

Onlayn tədbirdə elmi müəssisələrin veb-saytlarının veb-anali­ti­ka­sı­nın aparılması üçün “Google Analytics” sayğacından istifadə edilməsi, qeyd olunan problemlərin aradan qaldırılması məqəsdi ilə saytların yenidən işlənilməsi tövsiyə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR