Dərc edildi: Baxış sayı: 342
Firəngiz Əlizadə yenidən sədr seçildi
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının növbəti qurultayı keçirilib.
Femida.az xəbər verir ki, əvvəlcə ittifaqın 21 nəfərdən ibarət yeni idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası seçilib.
Sonra qurultay iştirakçıları açıq səsvermə ilə Xalq artisti Firəngiz Əlizadəni yekdilliklə yenidən 5 il müddətinə İttifaqın sədri seçiblər.
Qeyd edək ki, Firəngiz Əlizadə 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının sədridir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət