Fikrət Qoca Prezidentə təşəkkür etdi
Azərbaycanın Xalq şairi Fikrət Qoca Prezident İlham Əliyevə təşəkkür edib.
Ens.az xəbər verir ki, “Report”a açıqlamasında bunları deyib:
“Mən ancaq cənab Prezidentə təşəkkür edə bilərəm. Təşəkkür edirəm ki, mənim fəaliyyətimi yüksək qiymətləndirib. Mənim əsas vəzifəm yazmaqdır, nə qədər gücüm var yazacağam. Hər zaman diqqətimdə olan məsələ yazılarımda həyatın yaxşı cəhətini göstərmək olub. Baxmayaraq ki, həyatda pis şeylər çoxdur, amma yaxşı şeylər də az deyil. Arzu edirəm ki, torpaqlarımız işğaldan azad olunsun. Hər zaman istəmişəm ki, Azərbaycan güclü və möhtəşəm dövlət olaraq qalsın”.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) “İstiqlal” ordeni ilə təltif edilib.
Eyni zamanda Prezident İlham Əliyev Xalq şairi Fikrət Qocaya telefonla zəng edib, həmçinin onu 85 illiyi münasibətilə məktubla təbrik edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət