Dərc edildi: Baxış sayı: 408
FIFA sabiq baş katibi 8 il futboldan uzaqlaşdırıb
FIFA Etika Komitəsi Okeaniya Futbol Konfederasiyasının sabiq baş katibi Taya Nikolası 8 il müddətinə futboldan uzaqlaşdırıb.
"Report"un məlumatına görə, istintaq zamanı 2014-cü ildən 2017-ci ilə qədər qurumun üzvü olan Nikolasın FIFA-nın vəsaitlərini qeyri-qanuni yolla mənimsədiyi məlum olub. Onun təşkilatın etika normalarını pozaraq qiymətli əşyalar təqdim və qəbul etdiyi də ortaya çıxıb.
Diskvalifikasiyaya əlavə olaraq sabiq funksioner 50 min İsveçrə frankı məbləğində cərimə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət