Dərc edildi: Baxış sayı: 455
FİFA daha iki dünya çempionatını Qətərə verir
Bu gün FİFA-nın Şurasının iclası keçiriləcək.
ONA-nın məlumatına görə, iclasda 2019 və 2020-ci illərdə keçiriləcək klublararası dünya çempionatlarının meydan sahibi müəyyənləşəcək.
FİFA-nın hər ilin dekabrında keçirilən yarışın təşkilatçılığını Qətərə verəcəyi bu yığıncaqda rəsmiləşməlidir. Çünki bu iki turnir Asiya ölkəsinin DÇ-2022 ərəfəsində əsas sınağı olacaq.
Qeyd edək ki, 2000-ci ildən keçirilən klublararası dünya çempionatı indiyədək 15 dəfə təşkil olunub. 2017 və 2018-ci ildəki son iki yarış Birləşmiş Ərəb Əmirliklərində keçirilib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət