Slimfit
  1. AZƏRBAYCAN

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti taktiki təlim keçirib

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti taktiki təlim keçirib
Sakura

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) avqustun 31-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə birgə metronun “Nizami” stansiyasında “Xidmətin xilasedici qruplarının çağırış zamanı hərəkətləri” mövzusunda xüsusi-taktiki təlim keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, təlim əsasən XRXX şəxsi heyətinin xəbərdaretmə sxeminə uyğun olaraq müəyyən edilmiş vaxt çərçivəsində təyin olunmuş ərazidə toplanışının yoxlanılması, xilasetmə və mühafizə işlərinin təşkili sahəsində təcrübələrinin artırılması, şəxsi heyətin metropolitendə (real şəraitə uyğun olaraq) xilasetmə, mühafizə və ilkin təxirəsalınmaz tibbi yardımın göstərilməsi sahələri üzrə praktiki bilik və bacarıqlara daha dərindən yiyələnməsinə nail olmaq məqsədilə keçirilib. Həmçinin təlimin keçirilməsində məqsəd xilasetmə və mühafizə işlərinin təşkilində komandirlərin bacarıqlarının və qərargahın uzlaşmasının praktiki fəaliyyətdə yoxlanılmasından, metro stansiyalarında partlayıcı qurğuların zərərsizləşdirilməsi prosesinin öyrənilməsindən ibarət olub. Bundan əlavə, stansiyalarda və hərəkət qatarlarında axtarış və qəza-xilasetmə işlərinin aparılması zamanı FHN XRXX-nin və “Bakı Metropoliteni” QSC-nin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi əsas məqsədlərdən biri olub.

Təlimin planına əsasən, ilkin olaraq Xidmətin idarə və dəstələrinin hazırlıq vəziyyətinə gətirilərək təlim üzrə sənədlərin dəqiqləşdirilməsi və hadisə yerinə yürüş həyata keçirilib. Şərti olaraq hadisə yerinə yaxın olan xilasetmə qrupları, kinoloqlar, mühafizəçilər, pirotexniklər xüsusi təyinatlı nəqliyyat vasitələri ilə hadisə yerinə yollanıblar.

Xidmətin digər şəxsi heyəti toplanış məntəqəsinə gələrək idarə, dəstə və qrup komandirlərinin göstərişinə əsasən, hadisə yerində xilasetmə və mühafizə işlərində iştirak etmək üçün hazırlıq tədbirlərinə başlayıblar. Hadisə yerində komanda-qərargah məntəqəsi və tibb məntəqəsi yaradılıb. Şərti fövqəladə hallar rayonuna çatmış mühafizəçilər metropolitenin əməkdaşları ilə birlikdə stansiyanın ərazisini mühafizə edib, kənar şəxslərin stansiya ərazisinə daxil olmasının qarşısını alıblar.

Şərti baş vermiş hadisə yerinə çatmaq üçün xilasedicilər stansiya rəisinin göstərişlərinə uyğun olaraq təyin edilmiş bələdçilərlə hərəkət ediblər. Xilasedicilər hadisə yerinə çatdıqdan sonra kəşfiyyat işlərinə başlayıblar.

Ən müasir xüsusi geyimlərlə və avadanlıqla təchiz olunmuş xilasedicilər kəşfiyyat zamanı qatarın relsdən çıxaraq şərti qəzaya uğraması, çoxlu sayda sərnişinlərin xəsarət alması barədə qrup komandirlərinə məlumat veriblər. Məlumat verildikdən sonra xilasedicilər dərhal xilasetmə işlərinə başlayıb, xilasetmə alət və avadanlığından istifadə edərək şərti qəzaya uğramış qatardan zərərçəkmişləri çıxarıb, onlara ilk tibbi yardım göstərib və xərəklər vasitəsilə metropolitenin şəxsi heyəti ilə birlikdə təxliyə işlərini həyata keçiriblər.

Xüsusi-taktiki təlimin yekunu olaraq xilasedici, pirotexnik-istehkam qrupları qəza-xilasetmə işləri sona çatdıqdan sonra kinoloqlarla birlikdə hadisə yerinə təkrar baxış keçirərək komanda-qərargah məntəqəsinə məruzə ediblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR