FHN fakt açıqladı: Bu yay bir nəfər də boğulmayıb!
İsti yay günlərində sərinləmək istəyən vətəndaşlar, xüsusən dənizkənarı ərazilərdə yaşayan sakinlər Xəzər dənizinə üz tuturlar. Son vaxtlar Xəzərdə boğulma hallarının sayında ciddi artım müşahidə olunur.
Məsələ ilə bağlı Axar.az-a danışan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, boğulma halları qadağan olunmuş və qeyri-çimərlik ərazilərində qeydə alınır:
“Bu il FHN-in nəzarət etdiyi çimərliklərdə boğulma faktı qeydə alınmayıb. Boğulma halları FHN-in nəzarət etmədiyi, yəni qeyri-çimərlik ərazilərdə baş verir. Bizim nəzarət etdiyimiz çimərliklərdə vətəndaşların təhlükəsizliyi tam təmin olunur. Biz dəfələrlə vətəndaşlara bəzi ərazilərdə çimməyin təhlükəli olması ilə bağlı xəbərdarlıqlar etmişik, amma çox təəssüf ki, vətəndaşlarımız buna məhəl qoymayaraq, öz həyatlarını təhlükəyə atırlar”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət