Slimfit
  1. İQTİSADİYYAT

FHN: 233 binaya müsbət rəy verilib

FHN: 233 binaya müsbət rəy verilib
Sakura

FHN: 233 binaya müsbət rəy verilib

Ötən 7 ay ərzində ümumi sahəsi 4 531 002 kvadrat metr olan 46651 mənzilli, ümumilikdə 893 girişli 233 binaya (kompleksə) dair müsbət rəy verilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, 218-i Bakı şəhəri, 8-i Abşeron rayonu, 1-i Sumqayıt şəhəri, 4-ü Gəncə şəhəri, 1-i Mingəçevir şəhəri, 1-i isə Zərdab rayonunda yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon, Sumqayıt Şəhər, Gəncə Şəhər, Mingəçevir Şəhər və Zərdab Rayon İcra hakimiyyətlərinə təqdim olunub.

Aparılmış müayinələr nəticəsində aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə işlərin Fərmanla müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədilə mövcud çatışmazlıqları qalan yaşayış binalarının sifarişçilərinin və həmin binalarda yaşayan sakinlərin bir qisminin iştirakı ilə 28, 30 oktyabr və 1 noyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində görüşlər keçirilib. Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının, Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, “Azərsu” ASC-nin, SOCAR “Azəriqaz” İB-nin və “Azərişıq” ASC-nin səlahiyyətli şəxslərinin iştirak etdikləri görüşlərdə hər bir bina üzrə mövcud vəziyyət təhlil edilib və nöqsanların aradan qaldırılması istiqamətində görülən işlərin müzakirəsi aparılıb.

Qeyd olunub ki, Fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir və görülən işlər ölkə başçısının nəzarəti altındadır.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR