Slimfit
  1. SİYASƏT

Fəzail Ağamalı: “Nəticələrin ləğvi üçün əsas yoxdur”

Fəzail Ağamalı: “Nəticələrin ləğvi üçün əsas yoxdur”
Sakura

Fəzail Ağamalı: “Nəticələrin ləğvi üçün əsas yoxdur”

 

“Qalib gəldiyim dairədə nəticələrin ləğv olunması barədə məlumatlar əsassızdır”.

Bu sözləri Yenisabah.az-a 9 fevral növbədənkənar parlament seçkilərində 60 saylı Salyan-Neftçala seçki dairəsinin qalibi elan edilən Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bildirib.

AVP sədri əlavə edib ki, Mərkəzi Seçki Komissiyasında bütün dairələr, o cümlədən, 60 saylı Salyan-Neftçala dairəsi üzrə nəticələrə baxılır.

“Bizim dairəyə pozucu qüvvələr məntəqələrin fəaliyyəti ilə bağlı montaj olunmuş videolar göndəriblər. Dünən dairədə həmin videolara baxılıb. Bu gün müzakirə üçün Mərkəzi Seçki Komissiyasına göndərilib. Dairənin ləğvi barədə məlumatlar şayiədir. Bunu qaragüruh qüvvələr yayır”, - deyə Fəzail Ağamalı qeyd edib.

AVP sədri bildirib ki, nəticələrin ləğv olunacağına inanmır: 

“Güman etmirəm ki, ləğv olunsun. Bunu qətiyyətlə deyirəm. Mən 25 ildir ki, seçki prosesindəyəm. Seçki Məcəlləsini də kifayət qədər yaxşı bilirəm. Ona görə də hesab edirəm ki, nəticələrin ləğvi üçün əsas yoxdur. Sadəcə, ortada montaj olunmuş videolar var”.

Bu gün sosial şəbəkələrdə Fəzail Ağamalının qalib elan edildiyi 60 saylı Salyan-Neftçala seçki dairəsinin nəticələrinin ləğv edilməsi barədə məlumat yayılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR