Slimfit
  1. İQTİSADİYYAT

Fevralda Türkiyə Azərbaycandan qaz idxalını 26% artırıb

Fevralda Türkiyə Azərbaycandan qaz idxalını 26% artırıb
Sakura

Fevralda Türkiyə Azərbaycandan qaz idxalını 26% artırıb

Bu ilin fevral ayında Türkiyə Azərbaycandan 859 mln. kubmetr təbii qaz idxal edib.

Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Bu göstərici ötən ilin müvafiq ayından 25,8% çoxdur.

Türkiyənin ümumi qaz idxalında Azərbaycan üçüncü yerdədir.

Fevral ayında Türkiyənin ümumilikdə qaz idxalı ötən ilin müvafiq ayından 23% artaraq 5,261 mlrd. kubmetr olub. Bu həcmin 2,739 mlrd. kubmetri boru kəmərləri ilə nəql edilən qaz, 2,522 mlrd. kubmetri isə LNG qazı olub.

İlin ikinci ayında Türkiyə Rusiyadan 1,112 mlrd. kubmetr, ABŞ-dan isə 931 mln. kubmetr qaz (LNG) alıb.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR