Slimfit
  1. AVTO VƏ MOTO

“Ferrari” yeni möhtəşəm modellərini təqdim etdi

“Ferrari” yeni möhtəşəm modellərini təqdim etdi
Sakura

İtaliyanın “Ferrari” şirkəti yeni modellərini təqdim edib

İtaliyanın “Ferrari” şirkəti yeni modellərini təqdim edib.

Ölkə.Az” xəbər verir ki, şirkət “Monza SP1” və “SP2” superkarlarını gün işığına çıxarıb.

Məhdud sayda istehsal ediləcək modellər 1950-ci illərdəki “Speedster”dən ilhamlanaraq yaradılıb. İki model arasındakı ən böyük fərq isə oturacaq sayıdır.
“SP1” modelində sadəcə sürücü üçün oturacaq var. “SP2” modelində isə sürücü ilə yanaşı sərnişin üçün də oturacaq nəzərdə tutulub. Kapotun altında 6.5 litr həcmli V12 mühərriki var. Aqreqat 820 at gücü hasil edir. 

Bu güc sayəsində avtomobillər yerindən 100 km/saat sürəti cəmi 2.9 saniyəyə əldə edir. 200 km/saat sürət üçün isə cəmi 7.9 saniyə vaxt lazımdır. Avtomobilin maksimal sürəti 300 km/saatdır.

Qeyd edək ki, avtomobilin ön şüşəsi yoxdur və sürətlə hərəkət edərkən sürücü “F1” pilotunun yaşadığı hissləri yaşayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR