Slimfit
  1. İQTİSADİYYAT

Fermerlərə subsidiyaların verilməsində yeni qaydalar

Fermerlərə subsidiyaların verilməsində yeni qaydalar
Sakura

Fermerlərə subsidiyaların verilməsində yeni qaydalar

"Yeni qaydalara əsasən subsidiyaların baza məbləğinin məhsulun müvafiq komissiya tərəfindən təsdiqlənmiş əmsallara vurulmaq şərtilə verilməsi nəzərdə tutulub"
Azvision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib. 

Agentlik rəhbərinin sözlərinə görə, burada hər hansı kənd təsərrüfatı məhsulunun əkilməsi zamanı onun fermer, iqtisadiyyat üçün gəlirliyi, məşğulluq imkanlarının yaradılması, ölkənin idxal və ixrac imkanlarına nə dərəcədə təsiri olması barədə operativ məsələlərin nəzərə alınması əsas məqamlardandır. 

"Dəyişikliyə əsasən fermerlər elektron kənd təsərrüfatından istifadə edərək subsidiyaları əldə edəcəklər. Burada subsidiya informasiya mərkəzinin yaradılması nəzərdə tutulur. Bu sistem üzrə böyük işlər görülür. Fermerlərin böyük hissəsi artıq qeydiyyatdan keçib". 

M.Əliyev qeyd edib ki, qaydalarda edilən digər dəyişikliyə əsasən, əvvəllər subsidiyalar nazirlik tərəfindən verilirdisə, indi bu səlahiyyət Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülüb. 

"Yeni subsidiya sistemi fermerlərin işlərinə daha çox dəstək olacaq, məhsuldarlıq artacaq, kənd təsərrüfatı məhsullarının ixracının artmasına, idxaldan asılılığın azalmasına, qida təhlükəsizliyi, məşğulluğun təmin olunmasına öz müsbət təsirini göstərəcək". 

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında fərman imzalayıb. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR