Slimfit
  1. CƏMİYYƏT

Fermerlər vergilərdən azad olundular: Nə dəyişəcək?

Fermerlər vergilərdən azad olundular: Nə dəyişəcək?
Sakura

Fermerlər vergilərdən azad olundular: Nə dəyişəcək?

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,vergi Məcəlləsinə edilən son dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri bu ilin yanvarın 1-dən 4 il müddətinə vergidən azad edilib.

Bəs bu dəyişiklik və güzəştlər aqrar sahənin inkişafına necə təsir edəcək?

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran iqtisadçı-ekspert Xalid Kərimli bu dəyişikliyin əslində 2023-cü ilin yanvarın 1-dən qəbul edildiyini diqqətə çatdırdı:

“Məqsəd isə odur ki, bu sahədə şəffaflaşma təmin olunsun, yəni sahibkar az vergi ödəyəcəyi üçün şəffaflığa daha çox meyil etsin. Qərar əvvəllər 1 il üçün nəzərdə tutulmuşdu. Hazırkı dəyişikliklə birlikdə, bu müddəti 4 ilə çatdırdılar.

Amma əvvəlki müddət ərzində aqrar sahədə elə də ciddi dəyişiklik baş vermədi. Qərarın mahiyyəti isə ondan ibarətdir ki, daha çox rezident şəxslərin vergi yükü azaldılır. 4 il müddətinə dividend vergisindən azad edilmək sahibkara işləmək üçün yeni şərait yaradır. Yəni qazancı nədirsə, sahibkar hamısını özündə saxlayır. Aqrar sahədə torpaq və işçi vergisi çıxılmaqla, artıq dəyər vergisi, mənfəət, satış və qazanc kimi bütün vergilər aradan qaldırılır”.

“Aqrar sektor yüksək gəlirli olmadığına görə...”

Aqrar sahənin elə də gəlirli olmadığını söyləyən müsahibimiz vurğulayıb ki, bu sektor ya mütəmadi risklərə məruz qalır, ya da satış zamanı problemlər yaşanır:

“Digər tərəfdən də əhali hər şeyə həddindən artıq həssaslıq göstərir. Məsələn, ət, süd, buğda və ya hansısa bir məhsul bahalaşırsa, hamı narazılıq edir. Hökumət isə vergiləri maksimum dərəcədə aşağı salmaqla və digər addımlarla sahibkarları bu sahəyə cəlb etməyə çalışır. İstəyir ki, bura daha çox investisiya yatırılsın, istehsalat artsın və ölkədə bolluq yaransın”.

“Əvvəl də belə idi”

Digər iqtisadçı-ekspert Akif Nəsirli, aqrar sahənin əvvəllər də vergilərdən azad olunduğunu xatırladıb:

“Bu il yanvarın 1-də həmin güzəştlərin müddəti bitdi. Yeni qərarla birgə isə həmin müddət 4 il uzadıldı. Bu günə qədər sahibkarlar vergini hansı qaydada ödəyirdilərsə, bundan sonra da o cür davam edəcəklər. Bir sözlə, fermerlər bütün vergilərdən azad olunmuşdu və yalnız torpaq vergisi ödəyirdilər. Əgər qərar qəbul olunmasaydı, sahibkarlar həmin vergiləri ödəməli olacaqdılar. Bu baxımdan da dəyişiklikdə yeni bir şey yoxdur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR