Dərc edildi: Baxış sayı: 665
"Fənərbaxça"nı korona bəlası bürüdü
Türkiyənin "Fənərbaxça Beko" basketbol klubunun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri İlkər Üçer koronavirusa yoluxub.
Axar.az xəbər verir ki, o bu barədə İnstaqram hesabında qeyd edib.
"Hazırda dad və qoxu hiss etməmək, yüngül öskürəkdən başqa hər hansı problem yoxdur", - o bildirib.
Qeyd edək ki, daha əvvəl "Fənərbaxça"nın bir neçə futbolçusunda və klub əməkdaşlarında da korona tapılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət