Slimfit
  1. İDMAN

'Fənərbağça' məşqləri bərpa etdi

'Fənərbağça' məşqləri bərpa etdi
Sakura

'Fənərbağça' məşqləri bərpa etdi

Türkiyənin "Fənərbağça" futbol komandası məşqləri bərpa edib. 

"Report" yerli "Cumhuriyet" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin futbolçuları yüngül məşqlə kifayətləniblər. 

Oyunçular hazırlıqlarını 4 nəfərdən ibarət qruplarla davam etdirərək sosial məsafə qaydalarına riayət ediblər. Onların fərqli soyunub-geyinmə otaqlarından yararlandıqları və bir neçəsinin şəxsi maşını ilə təlim-məşq mərkəzinə gəldiyi vurğulanıb.

Qeyd edək ki, Türkiyə Super Liqası koronavirus pandemiyasına görə dayandırılıb. "Fənərbağça" son olaraq 18 martda məşq edib.  

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR