Dərc edildi: Baxış sayı: 188
“Fənərbağça” çempionluq yarışında “Qalatasaray”la xal fərqini azaltdı
Türkiyə Super Liqasının 29-cu həftəsində “Fənərbağça” və “Pendikspor” komandaları qarşılaşıblar. Gərgin mübarizədən 4:1 hesabı ilə qalib ayrılan “Fənərbağça” çempionluq yarışında “Qalatasaray”la xal fərqini azaldıb.
Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, “Fənərbağça”ya qələbə qazandıran qolları Mert Hakan Yandaş, Mişi Batşuayi, Ferdi Kadıoğlu və İrfan Can Kahveci vurublar. “Pendikspor”un yeganə qolunu Halil Akbunar öz aktivinə yazıb.
Bu nəticə ilə “Fənərbağça” xalını 76-ya yüksəldib. Lider “Qalatasaray”dan 2 xal geri qalır.
“Pendikspor”un isə 26 xalla 19-cu yerdədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət