Dərc edildi: Baxış sayı: 655
Fələstində bu məhkumlar azadlığa buraxılacaq
Fələstin prezidenti Mahmud Abbas yeni növ koronavirusla (Kovid-19) mübarizə tədbirləri çərçivəsində cəza müddətinin yarısını tamamlayan məhkumlar üçün əfv sərəncamı imzalayıb.
Publika.az xəbər verir ki, Fələstin dövlət başçısının sözçüsü Nebil Əbu Rudeyne əfv qərarının ağır cinayətlərə görə məhkum edilmiş şəxslərə aid edilmədiyini bildirib.
Qeyd edək ki, Fələstindən gələn rəsmi məlumatlara görə, ölkənin Qəzza şəhərində Kovid-19 epidemiyasına yoluxma halı 59-a çatıb.
Xatırladaq ki, bundan əvvəl İran və Türkiyədə koronavirusa görə minlərlə məhkumun müvəqqəti evlərinə buraxılması barədə qərarlar qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət