Slimfit
  1. CƏMİYYƏT

Fəaliyyətinə icazə verilən şəxslərə xəbərdarlıq edildi

Fəaliyyətinə icazə verilən şəxslərə xəbərdarlıq edildi
Sakura

Fəaliyyətinə icazə verilən şəxslərə xəbərdarlıq edildi

Sərtləşdirilmiş karantin rejiminin elan edildiyi ərazilərdə olan qurumlarda işləyən və fəaliyyətinə icazə verilən şəxslər öz avtomobillərindən qeyri-iş saatlarında istifadə etməməlidirlər.

Ens.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Azvision.az -a bildirib ki, adları icazə portalında olan şəxslər yalnız fəaliyyətinə icazə verilmiş qurumların, təşkilatların, müəssisələrin işçiləridir.

"Onların adları icazə portalına ona görə daxil edilib ki, işə gedib-gələ bilsinlər. Amma həmin şəxslər nəzərə almalıdırlar ki, əgər onların işlədikləri qurumlar şənbə və bazar günləri fəaliyyət göstərmirsə, adlarının icazə portalında olmasından istifadə etməməlidirlər. Yəni, belə hal karantin rejiminin pozulması hesab olunur. Kimlərsə vacib işlə, ərzaqla və ya digər zərurətlə əlaqədar evlərini tərk etməli olsa, onda adi SMS vasitəsilə icazə almalıdır", - deyə şöbə rəisi qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR