Slimfit
  1. MEDİA

Fəal tələbə yeni təhsil ilində ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək göstərdiyi üçün Azərbaycan Gənclər Fonduna təşəkkürünü bildirdi

Fəal tələbə yeni təhsil ilində ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək göstərdiyi üçün Azərbaycan Gənclər Fonduna təşəkkürünü bildirdi
Sakura

Fəal tələbə yeni təhsil ilində ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək göstərdiyi üçün Azərbaycan…

Gənclər Fondu Azərbaycan Respublikasının Prezidentinin müvafiq göstərişinə əsasən həyata keçirilən “sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” üzrə növbəti Müsabiqənin nəticələrini elan edib.
Nəticələrə əsasən ali və orta-ixtisas təhsili alan 425 gəncin təhsil haqqı xərcləri (tam və ya qismən) Gənclər Fondu tərəfindən qarşılanacaqdır.

Keyfiyyətli təhsilin gənclər üçün əlçatanlığının artırılması və savadlı, dövlətinə, milli-mənəvi dəyərlərə bağlı gəncliyin yetişdirilməsi, istedadlı gənclərə dövlət qayğısı, eləcə də sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin ana sütünunu təşkil edir.
Bu istiqamətdə cənab Prezidentin təşəbbüskarı olduğu insan kapitalının inkişafı konsepsiyasına uyğun olaraq, gənclər üçün son illərdə çoxsaylı imkanlar yaradılmış, sosial həssas kateqoriyalardan olan, I və II qrup əlilliyi olan gənclərin təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsi, Gənclər Fondu tərəfindən gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin dəstəklənməsi və digər addımlar atılmaqdadır.

Xatırladaq ki, “sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” üzrə 2018-ci ildə keçirilmiş müsabiqə çərçivəsində 31 dövlət ali təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları Gənclər Fondu tərəfindən qarşılanıb.
Bu il keçirilmiş müsabiqə zamanı ali təhsil müəssisələri ilə yanaşı, orta-ixtisas təhsil müəssisələrində təhsil alan 1151 tələbə onlayn qaydada Fondun internet səhifəsi vasitəsilə müsabiqəyə sənədlərini təqdim edib.

Hörmətlə,

Odlar Yurdu Gənclər İctimai Birliyinin Baş Katibi

Aqrar İnkişaf Könüllüləri Təşkilatının Gəncə nümayəndəliyinin üzvü

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və İdarəetmə fakultəsinin Menecment ixtisasının 4cü kurs tələbəsi Vəliyev Ruslan.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR