Dərc edildi: Baxış sayı: 648
Fasiləsiz 25 saat efirdə olan aparıcı rekord qırdı
Rusiyanın “Vsya Ufa” teleşirkətinin aparıcısı Denis Qaniyev canlı televiziya yayımında 25 saat keçirməklə “Ginnesin Rekordlar Kitabı”na düşüb.
“Regnum”un məlumatına görə, Qaniyev 28 dekabr saat 12:00-dan, 29 dekabr 13:00-a qədər fasiləsiz olaraq verilişə aparıcılıq edib.
“Ginnesin Rekordlar Kitabı”na düşmək üçün aparıcıya 24 saat kifayət etsə də, o daha bir saat efirdə qalmaq qərarına gəlib.
Canlı yayım zamanı aparıcı bir çox qonaq dəvət edib maraqlı mövzuları müzakirə edərkən, efirə Rusiya və dünyanın müxtəlif yerlərindən telefon zəngləri daxil olub.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət