Slimfit
  1. TEXNOLOGİYA

“Facebook”a daxil olmaq üçün “selfie” tələb oluna bilər

“Facebook”a daxil olmaq üçün “selfie” tələb oluna bilər
Sakura

“Facebook”a daxil olmaq üçün “selfie” tələb oluna bilər

“Facebook” sosial şəbəkəsi tezliklə ənənəvi fotoşəkil kodunun daxil edilməsini istifadəçinin “selfie” üzrə identifikasiyası ilə əvəzləyə bilər.

AZƏRTAC “Macdigger” resursuna istinadən xəbər verir ki, bəzən “Facebook”a daxil olan zaman sosial şəbəkə istifadəçinin üzünün dəqiq göründüyü fotoşəkili tələb edir. Tanınma sistemi identifikasiya uğurla başa çatandan sonra fotonun silinəcəyini bildirir.

Sosial şəbəkə nümayəndələrinin məlumatına görə, tədbirlər şübhəli fəallığı məhdudlaşdırmaq və istifadəçi məlumatlarını qorumaq üçün tətbiq edilir. Oxşar tələb çoxlu dostlar əlavə olunanda, ödəniş funksiyalarının qurulması və ya reklam elanlarının yaradılması zamanı görünə bilər. “Selfie” kodlu fotoşəkildən daha etibarlıdır və fərdi informasiyanı üçüncü şəxslərdən mühafizə edir.

Bildirilir ki, fotoşəkil “Facebook”un təqdim etdiyi yeganə identifikasiya üsulu olmasa da, indiyədək hansı hərəkətlərin şübhəli kimi qiymətləndiriləcəyi və istifadəçi fotoşəkilinin neçə dəfə çəkilməsinin tələb olunacağı aydın deyil. Sosial şəbəkə əməkdaşları yeniliyin mütləq olacağı ilə bağlı sualı cavabsız qoyublar. “Facebook”a girişin tezliklə “selfie” ilə olacağı ehtimal edilir.

Dəyişikliklər sosial şəbəkə servislərindən istifadəni çətinləşdirməklə aktiv istifadəçi sayının azalmasına səbəb ola bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR